“Kəpəz” klubu “Neftçi”ni iki cavabsız qolla məğlub edib
Noyabrın 27-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Turun açılış matçı Gəncədə keçirilib. “Kəpəz” paytaxtın “Neftçi” klubu ilə üz-üzə gəlib. Turnir cədvəlində qonşu pillələrdə yer alan komandaların bugünkü mübarizəsində meydan sahibləri 3 xal qazanıblar. “Kəpəz” “Neftçi”ni iki cavabsız qolla məğlub edib-2:0.

Beləliklə, “Kəpəz” qələbə sayəsində turnirdə bir pillə irəliləyərək 15 xalla 5-ci yerdə qərarlaşıb.

Səfərdə xal qazana bilməyən “Neftçi” isə 7-ci pillədə qalıb.

Bu gün keçiriləcək turun digər qarşılaşmasında isə AZAL “Sumqayıt”ı qəbul edəcək.

Xəbər 830 dəfə oxundu.