Ukrayna futbolunda danışılmış oyunlar aşkar edilib | |
Ukrayna futbolunda danışılmış oyunlarla bağlı iddialar ortaya atılıb. Bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti İqor Koçetov açıqlama verib. Federasiya rəsmisi bildirib ki, səkkiz şübhəli oyun haqqında artıq lazımi orqanlara məlumatlar verilib. Bu matçlar gənclər liqasında və birinci liqada 2015-ci ilin sonunda keçirilib. Hazırda Etika və Təmiz Oyunlar Komitəsində məsələyə dair araşdırma aparılır. Sonda insidentlə bağlı hüquqi qərarlar verilməsi gözlənilir. |
|
Xəbər 733 dəfə oxundu. |
|
|