Bakıda güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir
Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.

Sayca 9-cu dəfə təşkil olunan turnirə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi qatılıb.
Proqrama əsasən, yarışın üçüncü günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 23 güləşçimiz xalça üzərinə çıxacaq. Heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzərianinin (hər ikisi 130 kq) yer alıblar.

Xəbər 742 dəfə oxundu.