Rəşad Sadıqov: «Hesab oyuna görə deyildi»
«Oyuna istədiyimiz kimi başlamadıq. Hakim də bir neçə məqamda yersiz fit çalması ilə əsəblərimizlə oynadı». Bu açıqlamanı idman.com.az saytının Dubaya ezam olunmuş əməkdaşına milli komandamızın kapitanı Rəşad Sadıqov deyib. Müdafiəçinin sözünə görə, ilk hissədə onların oyunu alınmayıb. Amma növbəti yarıda 10 nəfər qalmalarına rəğmən, fəallıq nümayiş etdiriblrə:

«Fasilədə baş məşqçimiz öz tapşırıqlarını verdi. Qərara aldıq ki, oyunun axarını dəyişək. Hesab edirəm ki, ikinci hissədə yaxşı oynadıq. Sadəcə, qol imkanlarından istifadə edə bilmədik. Sonda rəqib bizi əks hücumda yaxaladı və hesab 0:2 oldu. Fikrimcə, hesab oyuna görə deyildi».
KAMRAN

Xəbər 982 dəfə oxundu.