UEFA futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb
UEFA futbol klublarının yeni reytinq cədvəlini açıqlayıb.

Ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyada "Slovan"a 0:3 hesabı ilə məğlub olan Ağdamın “Qarabağ” klubu reytinqdə ilk yüzlüyü tərk edib. Belə ki, Ağdam təmsilçisi hazırda 18,050 xalla 103-cü sırada qərarlaşıb. "Qarabağ"ın rəqiblərindən "Fiorentina" (İtaliya) 24-cü (63,366), PAOK (Yunanıstan) 59-cu (31,680), "Slovan" isə 82-cidir (25,015).

Belçikanın “Anderlext” komandasına uduzan “Qəbələ” klubu (1:3) 182-ci pilləyə enib. Komandamızın hesabında 7,800 reytinq xalı var. “Qəbələ”nin rəqiblərinə gəlincə, "Anderlext" 35-ci (49,480), "Sent-Etyen" (Fransa) 56-cı (32,566), "Maynts" (Almaniya) 92-ci (20,671) pillədə qərarlaşıb.

Xəbər 849 dəfə oxundu.