“Zirvə” futzal klubu eşitmə qüsurlu əlillər arasında “Payız turniri”nin qalibi olub
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitmə qüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb.

Turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” ikinci, “Şimşək” isə üçüncü yeri tutub. “Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” klubundan Güləli Baxşiyev isə ən yaxşı oyunçu adına layiq görülüb.

Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə olub.

Xəbər 892 dəfə oxundu.