Rauf Əliyev: «Məğlubiyyəti faciə kimi qiymətləndirmirəm»
«Milli komandamız uduzdu. Amma bunu faciə kimi qiymətləndirmirəm». Bu açıqlamanı idman.com.az saytna AFFA-nın vitse-prezidenti Rauf Əliyev deyib. Onun sözünə görə, komandamız yoldaşlıq görüşü keçirib və belə matçlarda hər hansı gözlənimləz nəticənin qeydə alınması təbiidir:
«Düzdür, yığmamızdan nəsə gözləyirdik. Amma bu yoldaşlıq oyunu idi. Məğlubiyyəti şişirtmək yaxşı deyil. Uduzmağımızda hakimin də səhvləri oldu. Çox böyük səhvləri. Bir daha deyirəm: bunu sensasiya saymıram. Sensasiya hakimin yersiz müdaxilələri idi. Bizə oynamağa imkan vermədi».
Qeyd edək ki, «ay-ulduzlular»ımız Dubaydakı 3-cü yoxlama görüşündə az öncə Fələstin yığmasına 0:2 hesabı ilə uduzub.


Xəbər 3751 dəfə oxundu.