Payız turniri başa çatdı, Zirvə çempion oldu | |
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və Bakcell şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında keçirilən futzal üzrə “Payız turniri” başa çatıb. Turnirin qalibi “Zirvə” komandası olub. “Birlik” 2-ci, “Şimşək” isə 3-cü yeri tutub. “Birlik” komandasından Mürşüd Hüseynov ən yaxşı qapıçı, “Zirvə” komandasından Güləli Baxşiyev isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu “Zirvə” komandasının üzvü Nurlan Fətullazadə olub. |
|
Xəbər 662 dəfə oxundu. |
|
|