Millimiz Fələstinə uduzdu - YENİLƏNİB
Əşrəf Əlfavaqra, 39, Əbuhəbib, 79
Fevralın 23-dən Dubayda təlim-məşq toplanışı keçən Azərbaycan milli komadası bu gün hazırlığını başa vurub. İdman.com.az saytının məlumatına görə, «ay-ulduzlular»ımız yoldaşlıq görüşü çərçivəsində sonuncu sınaq matçına çıxıb. Rəqib Fələstin millisi olub.

Bunadək Sinqapurla heç-heçə edən (2:2), Hindistana qalib gələn (3:0) yığmamız, son yoxlama oyununda yenə qələbəyə köklənib. Bunu matçdan öncə futbolçularımız deyiblər. Həm də, ilk 2 rəqiblə müqayisədə, Fələstin komandası FİFA reytinqində daha aşağı sıralarda qərarlaşıb.

29 fevral
17:30. AZƏRBAYCAN – FƏLƏSTİN – 0:2
QOL: Əşrəf Əlfavaqra, 39, Əbuhəbib, 79
Qırmızı vərəqə: Rəşad Sadiqov, 41,
Baş hakim: Əli Həmad (Birləşmiş Ərəb Əmirlikləri)
Baş hakimin köməkçiləri: Saleh Əlmarzoqi, Məhəmməd Əbdallah, Yaqup Qasem (hamısı Birləşmiş Ərəb Əmirlikləri)
Dubay. “The Sevens” stadionu

AZƏRBAYCAN: Kamran Ağayev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Ufuk Budaq, Arif Daşdəmirov, Hacı Əhmədov, Rəşad Sadiqov, Vüqar Nadirov, Mahir Şükürov, Branimir Subaşiç, Rauf Əliyev
FƏLƏSTİN: 21. Əli Tahfik, 23. Omər Caron, 8. Əhməd Mahayna, 2. Raed Fares, 15. Musa Əbucazar, 3. Hüsam Əbusalah, 14. Mohammed Şbair, 20. Mali Kavare, 11. Xaled Salem, 9. Əşrəf Nəvman, 10. Fahed Attal

Komandalar meydana çıxır.
Hər iki ölkənin dövlət himni səslənir.
Millimiz ağ, Fələstin qırmızı rəngli formada oynayacaq.
Qarşılaşmaya rəqib başlayır.
Rəqib qarşılaşmaya fəal başladı. Rəşad Sadıqov topu kornerə çıxarır.
Qapımız qarşısında təhlükləli vəziyyət yarandı.
Amma rəqib topu saxlamaq istəyərkən, müvazinəti itirib Kamranın qarşısında yerə yıxılır.
Mahir Şükürovun təxminən 40 metrdən cərimə zərbəsi qapıdan aralı keçir.
Rəşad rəqibin qapıçı ilə üzbəüz çıxmasının qarşısını alır.
Başa-baş mübarızə gedir.
Mahirin qapı qarşısına asmasına Rauf zərbə vura bilmir.
Subaşiçin qapıya zərbəsi müdafiəçiyə dəyib meydandan çıxır. Korner.
Sadiqovun ötürməsindən sonra Şükürov ofsayda düşür.
Ufuq Budaqdan gözəl hərəkətlər. Amma onun hava ötürməsi dəqiq olmur.
Rəqib texnikalı futbol nümayış etdirir.
Azərbaycan millisi qol vurmaq imkanı qazandı. Lakin Subaşiçin zərbəsini rəqin qapışı tutdu.
Əşrəf Nəvman müdafiəçilərimizin səhvindən məharətlə istifadə etdi.
Hakimin qərarına etiraz etdiyi üçün Sadiqov qarşısında qırmızı vərəqə görür.
Subaşiç də sarı vərəqə "qazanır".
Hakim ilk yarıya 1 dəqiqə əlavə edir.
Birinsi hissə bitdi.

İkinci yarı başladı. Baş məşqşi Berti Foqts birdən-birə 3 dəyişiklik edir. Subasiç, Mahir və Hacının yerinə müvafiq olaraq, Əfran İsmayılov, Aleksandr Çertoqanov və Cihan Özkara çıxır.
Yığmamız hesabı bərabətləşdirmək üçün yaxşı fürsət yaxlayır.
Əfran sağ cinahdan irəliləyib, qapı ömnünə ötürmə verir. Amma Rauf yaxın məsafədən dəqiq zərbə vurmağa gecikir.
Bəxtmiz gətirdi. Küncə zərbəsindən sonra rəqib 2-3 metrdən "çərçivə"yə düşə bilmədi.
Əfran cərimə meydançasında yıxılsa da, hakim qaydanın pozulmadığını bildirir.
Nizami Hacıyev Vüqar Nadirovu əvəz edir.
Yığmamız yenə hesabı bərabərləşdirməyə yaxın olur. Rauf rəqibdən sıyrılıb, qapıya zərbə vurur. Qapıçı çətinliklə topu qaytarır.
Əfranın zərbəsindən sonra müdafiəçi topu çölə çıxarır.
Millimiz bərabərlik qolu axtarır. Zərbələrdə dəqiqlik çatmır.
Azərbaycansayağı korner - Rəşadın zərbəsi qapının üstündən keçdi.
Bu dəqiqələrdə oyun qarşılıqlı hücumlar şəraitində keçir.
Cihan Özqara əlverışli mövqeyə çıxır. Amma onun zərbəsi qapının üstündən keçdi.
Rəqib əks-hücumda daha bir qol vurur.
Hakim 2-ci hissəyə 4 dəqiqə artırdı.
Əfran İsmayılov sağ cinahdan quvvətli zərbə vurdu. Qapıçı topu cətinliklə geri qaytardı.
Oyun başa çatdı.

Xəbər 1102 dəfə oxundu.