“Azərreyl” voleybol komandasının Çempionlar Liqası üçün heyəti açıqlanıb
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının Çempionlar Liqasının 2016/2017-ci il mövsümü üçün heyəti dəqiqləşib.

Heyətdə Ceyran Əliyeva, Marten Bettendorf (ABŞ), Anastasiya Qurbanova, Malika Kanzonq (Tailand), Ayşən Abduləzimova, Mersi Moim (Keniya), Danitsa Radenkoviç (Serbiya), Yekaterina Jidkova, Valeriya Məmmədova, Edina Dobi (Macarıstan), Aynur Kərimova və Şəfaqət Həbibova yer alıblar.

Qeyd edək ki, “Azərreyl” “Dabrova Qornitsa” (Polşa), “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) ilə birgə “C” qrupunda mübarizə aparacaq.

Xəbər 635 dəfə oxundu.