“Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində iştirak edəcək güləş yığmalarımızın heyəti açıqlanıb
Noyabrın 24-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi başlayır. Sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir. Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaqlar. Noyabrın 25-də qadın, bir gün sonra isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında məşqçilər korpusu 22 güləşçimizi sınaqdan keçirəcək. Heyətdə Əfqan Xaşalov, Mircəlal Həsənzadə, Georgi Edişeraşvili, Pərviz İbrahimov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov, Zəlimxan Vəliyev, Əli Rəhimzadə (hər üçü 61 kq), Ağahüseyn Mustafayev, Məhəmməd Müslümov, Coşqun Əzimov (hamısı 65 kq), Gitinomaqomed Hacıyev, Hacımurad Ömərov, Orxan Abbasov (hər üçü 70 kq), Cəbrayıl Həsənov, Murad Süleymanov, Əşrəf Əliyev (hər üçü 74 kq), Aleksandr Qostiyev, Hacımurad Məhəmmədsəidov (hər ikisi 86 kq), Aslanbek Alborov, Roman Bəkirov (hər ikisi 97 kq), Umar İsrailov və Əli İsayevin (hər ikisi 125 kq) yer alacağı planlaşdırılır.

Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 12 qadın güləşçimiz mübarizə aparacaq. Yarışlarda Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyevanın (75 kq) iştirakı nəzərdə tutulur.

Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında mübarizə aparacaq yunan-Roma güləşçilərimiz yarışların son günündə xalçaya çıxacaqlar. İyirmi üç Azərbaycan güləşçinin yer aldığı heyətdə Taleh Məmmədov, Kərim Cəfərov, Murad Məmmədov (hər üçü 59 kq), Kamran Məmmədov, Rövşən Tağıyev, Azad Əliyev (hər üçü 66 kq), Həsən Əliyev, Rüstəm Əliyev, Ruhin Mikayılov (hər üçü 71 kq), Elvin Mürsəliyev, Şəmistan Quluzadə, Mehrac Kərimov (hər üçü 75 kq), Rafiq Hüseynov, Emin Əhmədov, Elton Vəzirzadə (hər üçü 80 kq), İslam Abbasov, Soltan İsmayılov, Arif Niftullayev (hər üçü 85 kq), Orxan Nuriyev, Araz Həsənov, Nizami Şəmilov (hər üçü 98 kq), Sabah Şəriəti və Oyan Nəzərianinin (hər ikisi 130 kq) yarışlarda iştirak etməsi nəzərdə tutulur.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Beynəlxalq turnirin rəsmi media tərəfdaşı AZƏRTAC-dır. Yarışlar “İdman Azərbaycan” kanalı ilə yayımlanacaq.

Xəbər 651 dəfə oxundu.