“Qalatasaray” klubu Riekerinklə bağlı qərarını verdi
“Qalatasaray” klubunun rəhbərliyi baş məşqçi Yan Olde Riekerinklə bağlı qərarını verib.

“Fənərbaxça”ya məğlubiyyətdən sonra istefaya göndərilməsi gözlənilən hollandiyalı məşqçi postunda saxlanılıb. “Qalatasaray”ın prezidenti Dursun Özbək yanvara qədər komandanı onun çalışdırmasını məqsədəuyğun sayıb. 53 yaşlı məşqçi “Bursaspor”la oyun da daxil olmaqla, 6 oyunda iş başında olacaq.Bu görüşlərdə yaxşı nəticə qeydə alınsa, hollandiyalı mütəxəssis mövsümün sonuna qədər postunda qala bilər.

Qeyd edək ki, Riekerinki əvəzləyə biləcək məşqçilərin sırasında daha çox Fatih Terim və İqor Tüdorun adı hallanır.

Xəbər 682 dəfə oxundu.