Basketbol üzrə 40-cı Avropa çempionatının püşkü atılıb
İstanbulda, “Çırağan” sarayında basketbol üzrə 40-cı Avropa çempionatının püşkü atılıb.

Gələn il avqustun 31-dən sentyabrın 17-dək keçiriləcək çempionatın oyunları dörd ölkədə - Finlandiya, İsrail, Rumıniya və Türkiyədə təşkil ediləcək.

Çempionatda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Püşkün nəticələrinə görə, “A” qrupunda Polşa, Yunanıstan, Fransa, Finlandiya, İslandiya və Sloveniya yığma komandaları yer alıblar. Bu qrupun oyunları Finlandiyanın paytaxtı Helsinkidə keçiriləcək.

“B” qrupunda isə Ukrayna, İsrail, Litva, Gürcüstan, İtaliya və Almaniya yığma komandaları üz-üzə gələcəklər. Qrupun oyunları İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunacaq.

“C” qrupunda Xorvatiya, Çexiya, İspaniya, Monteneqro, Rumıniya və Macarıstan yığma komandaları yarışacaqlar. Komandalar oyunlarını Rumıniyanın Kluj şəhərində keçirəcəklər.

“D” qrupunda isə Böyük Britaniya, Rusiya, Serbiya, Latviya, Türkiyə və Belçika milli komandaları yer alıblar. Qrupun oyunları İstanbulda təşkil ediləcək.

“EuroBasket-2017”in ikinci turunun qarşılaşmaları və final görüşləri İstanbuldakı “Sinan Erdem” İdman Mərkəzində oynanılacaq.

Xəbər 1199 dəfə oxundu.