Anderlextin baş məşqçisi Bakıda istefaya göndərilə bilər
Belçikanın "Anderlext" klubu tezliklə baş məşqçisiz qala bilər. Son dövrlər ölkə çempionatında uğursuz çıxış edən komanda Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ" ilə səfər oyununda da uduzsa, baş məşqçi Rene Vaylerin istefaya göndəriləcəyi iddia olunur.

Qeyd edək ki, "Qəbələ" - "Anderlext" oyunu noyabrın 24-də "Bakcell Arena"da keçiriləcək.

Xəbər 715 dəfə oxundu.