Qubada səmti müəyyənetmə üzrə yarışın qalibləri müəyyənləşdi
Quba rayonunun Amsar meşə zolağında keçirilən səmti müəyyənetmə üzrə Dağçılıq İdman Klubunun növbəti açıq çempionatının qalibləri müəyyənləşib.

Səmti Müəyyənetmə İdman Federasiyasının dəstəyi ilə təşkil olunan çempionatda 100-ə yaxın idmançı "Elit" və "Open" kateqoriyaları üzrə mübarizə aparıblar. Qarlı hava şəraitində keçən yarış gərginliyi ilə yadda qalıb.

"Elit" kateqoriyasında kişilər arasında Süleyman Əliyev (Synergy OC) 4,7 kilometr məsafədə bütün rəqiblərini qabaqlayaraq finiş xəttinə birinci çatmağı bacarıb. Dağçılıq İdman Klubunun idmançısı Dmitriy Şiyanov ikinci, Vladislav Tuzov (Neftçi İK) isə üçüncü olub.

Bu kateqoriya üzrə qadınlar arasında Olqa Maşkova (Dağçılıq İdman Klubu) bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. Qalibdən bir neçə dəqiqə geri qalan Fidan Mursaqulova və Anastasiya Lyalyakina isə müvafiq olaraq gümüş və bürünc medallar əldə ediblər.

"Open" kateqoriyasında finiş xəttinə kişilər arasında Vasiliy Trubnikov birinci, Roman Marşlok ikinci, Artyom Litvak üçüncü çatıb. Qadınlarda isə Anna Litvak fəxri kürsünün ən yüksək zirvəsinə yüksəlib.

Xəbər 772 dəfə oxundu.