Türkiyə Voleybol Federasiyasına yeni prezident seçildi
Türkiyə Voleybol Federasiyasına yeni prezident seçilib.

Növbəti 4 ildə quruma rəhbərliyi 38 ildi Türkiyə idmanında olan Mehmet Akif Üstündağ edəcək.

Bu gün baş tutan seçkilərə tək namizəd kimi qatılan funksioner bildirib ki, o, federasiya üzvlərinin etimadını doğruldacaq.

Qeyd edək ki, o, bu postda Özkan Mutlugili əvəzləyib.

Xəbər 602 dəfə oxundu.