“Nasional”-“Araz” futzal oyununun hakimləri müəyyənləşib
Futzal üzrə UEFA kubokunun elit-raundunun ilk turunun təyinatları açıqlanıb.

Azərbaycan təmsilçisi “Araz”ın ilk qarşılaşmasını Portuqaliya və Rumıniyadan olan hakimlər idarə edəcəklər.

Noyabrın 23-də Xorvatiyanın “Nasional” klubu ilə Zaqrebdəki ilk görüşün 1-ci hakimi portuqaliyalı Eduardo Fernandes Koelyo olacaq. Onunla eyni briqadada rumıniyalı Qabriel German yer alacaq.

Qeyd edək ki, “Nasional”–“Araz” matçı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər 729 dəfə oxundu.