Gürcüstan komandası Bakıda reqbi üzrə açıq turnirin qalibi olub
Bakıda reqbi üzrə açıq turnir keçirilib.

Turnirdə Bakı komandaları ilə yanaşı, Gürcüstan klubları da iştirak ediblər. Turnirin final oyunları Qaradağ Təlim-İdman Bazasının meydançasında təşkil olunub.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Gürcüstanın “Tsikara” komandası qalib adını qazanıb. “Qarabağ” komandası gümüş, “Pələng” klubu isə bürünc medala sahib olublar.

Mükafatçılara Bakı Şəhər Gənclər və İdman Baş İdarə tərəfindən kubok, medal və müvafiq dərəcəli diplomlar təqdim edilib.

Turnirin sonuncu günündə “Tsikara” komandasının reqbiçiləri üçün şəhərimizin tarixi yerlərinə ekskursiya təşkil olunub, qonaqlar, həmçinin Heydər Əliyev Mərkəzində də olublar.

Xəbər 683 dəfə oxundu.