Kəpəz sabah məşqləri bərpa edəcək
Topaz Premyer Liqasının 12-ci turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” sabahdan bu oyunun hazırlıqlarına start verəcək. Gəncə klubu həftəboyu Bakıda məşq edəcək.

“Sarı-göylər”in noyabrın 22-nə təyin edilən məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda olacaq. Hazırlıq prosesi saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”a qarşı matçdan sonra dünən bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçən komanda bu gün istirahətə buraxılıb.

Xəbər 689 dəfə oxundu.