Beynəlxalq dərəcəli hakim-inspektor Murad Məmmədov yeni təyinat alıb
Beynəlxalq dərəcəli hakim-inspektor, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Murad Məmmədov yeni təyinat alıb.

O, futzal üzrə UEFA Kubokunun elit-raund mərhələsinin “C” qrupunda keçiriləcək oyunların hakim-inspektoru olacaq. Bu qrupda İspaniyanın “İnter FS”, Çexiyanın “FK EP Chrudim”, Serbiyanın “KMF Ekonomac” və Sloveniyanın “SD Brezje Maribor” komandaları yer alıb.

Oyunlar noyabrın 23-dən 26-dək Sloveniyanın Maribor şəhərindəki Dvorana Tabor arenasında keçiriləcək.

Xəbər 813 dəfə oxundu.