Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb
Cüdo üzrə millimiz ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatında daha bir medal qazanıb.

M-4 kateqoriyası üzrə 81 kq çəki dərəcəsində mübarizə aparan Mübariz Cəfərov bürünc mükafata sahib çıxıb.

Dünya çempionatında keçirdiyi 6 görüşdən yalnız birində uduzan təmsilçimiz 3-cü yer uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.

Qeyd edək ki, buna qədər Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək, dünya çempionu olublar.

Xəbər 993 dəfə oxundu.