Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb
Noyabrın 20-də futbol üzrə Topaz Premyer Liqasında XII turun növbəti matçı oynanılıb.

İkinci oyun günündə turnir cədvəlinin qonşu pillələrində qərarlaşan “Sumqayıt” və “Neftçi” üz-üzə gəlib. Görüş “Sumqayıt”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Samir Abasovun komandasının heyətində 3-cü dəqiqədə Amit Quluzadə və 75-ci dəqiqədə isə Mirabdulla Mirabbasov fərqləniblər.

Beləliklə, üç xal sayəsində “Sumqayıt” 13 xalla beşinci pilləyə yüksəlib. Elxan Abdullayevin komandası isə 9 xalla yeddinci yerdədir.

Xəbər 658 dəfə oxundu.