Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub
Gənc taekvondoçuların dünya birinciliyinə yekun vurulub.

Kanadanın Burnabi şəhərində təşkil edilən yarışda komandamızın daha bir üzvü aktivinə medal əlavə etməyi bacarıb.

102 ölkədən 846 gənc taekvondoçunun qatıldığı dünya birinciliyində 14 idmançı ilə ölkəmizi təmsil edən baş məşqçi Məmməd Abdullayevin yetirmələrindən, 68 kq çəki dərəcəsində mübarizəyə qatılan Əliəsgər Əliyev bürünc medal qazanib.

Xatırladaq ki, 4 gün davam edən yarışı gənc millimiz ümumilikdə 1 gümüş, 2 bürünc medalla başa vurub. Belə ki, mundialın ilk və ikinci günləri komandanın digər üzvlərindən Qaşım Maqomedov (55 kq) gümüş medal, Ayaz Qəmbərli (45 kq) isə bürünc medala layiq görülmüşdülər.

Millimiz 21 noyabr tarixində vətənə dönəcək.

Xəbər 676 dəfə oxundu.