Mingəçevirdə bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları davam edir
Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində bədii gimnastika üzrə 23-cü Azərbaycan birinciliyi və 3-cü bölgələrarası kubok yarışları davam edir.

Yarışın ikinci günündə balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyasında 103 gimnast və 9 qrup komandası iştirak edir. Onlar Ocaq Sport Klubu, Respublika Kompleks İdman Məktəbi, Bakı Gimnastika Məktəbi, “Sərhədçi” İdman Olimpiya Mərkəzi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti, Gömrükçü İdman Klubunu, o cümlədən, Təhsil Respublika İdman Məktəbinin Sumqayıt filialı, Xırdalan şəhərinin “Zirvə” klubunu, Gəncə və Qusar şəhərlərini, Kürdəmir və İsmayıllı rayonlarını təmsil edirlər.
İlk olaraq xalça üzərinə 2006-2008-ci il təvəllüdlü balaca gimnastlar çıxıblar. Onlar alətsiz, ip və halqa ilə fərdi proqram üzrə çıxış edirlər.

Turnirdə yerli gimnastlarımızla yanaşı, Ukrayna və Qazaxıstandan gəlmiş idmançılar da çıxış edirlər.

Xəbər 864 dəfə oxundu.