Azərbaycan MMA üzrə Avropa çempionatında iki idmançı ilə təmsil olunacaq
Noyabrın 22-dən 26-dək Çexiyanın paytaxtı Praqada qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionatı keçiriləcək.

Ölkəmiz yarışda Azərbaycan MMA Liqasının prezidenti Kənan Məmmədovun rəhbərliyi altında iki idmançı və iki hakim ilə təmsil olunacaq.

Beynəlxalq MMA Federasiyasının təşkilatçılığı ilə keçiriləcək turnirdə Sənan Səfərli (57 kq) və Tural Azayev (93 kq) birincilik uğrunda mübarizə aparacaqlar.

Ölkəmizi hakim qismində Cavid Məmmədov və Vüsal Bayramov təmsil edəcəklər.

Xəbər 815 dəfə oxundu.