“Neftçi” Denilsonla müqaviləyə xitam verib
“Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb.

Hücumçu Denilson Pereyra ölkəsinə yola salınıb.

Bir müddət əvvəl əvəzedici heyətə göndərilən Denilsonla icarə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Bununla da 21 yaşlı braziliyalı forvard müqavilə ilə məxsus olduğu “Qranada” klubuna qayıdıb.

Qeyd edək ki, mövsümlərarası fasilədə “Neftçi”nin heyətinə cəlb edilən Denilson Pereyra Topaz Premyer Liqasında keçirdiyi 9 oyunda bir qola imza atıb.

Xəbər 748 dəfə oxundu.