Qəbələ Zirə ilə matça bir itki ilə çıxacaq
"Qəbələ"nin hücumçusu Sergey Zenyovun zədəli olduğunu xəbər vermişdik. O, komandasının Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində "Zirə" ilə oyununu buraxmalı olacaq.

Bölgə təmsilçisinin düşərgəsində estoniyalı hücumçunun ən yaxşı halda Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"i ilə oyunda sıraya dönməsinə ümid edirlər. Həmin matç noyabrın 24-də keçiriləcək.

Qeyd edək ki, "Qəbələ"nin düşərgəsindəki digər zədəlilər artıq sıraya dönüblər.

Xəbər 756 dəfə oxundu.