Taekvondoçumuz Burnabıda bürünc medal qazandı | |
Kanadanın Burnabı şəhərində gənc taekvondoçular arasında dünya birinciliyi start götürüb. 45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayaz Qəmbərli Nikolas Delayeni (Qvadelupe) 14:0, Omar Şarakini (Misir) 7:1, Rabil Saqitjanovu (Qazaxıstan) 14:4 hesabı ilə məğlub edərək, yarımfinala yüksəlib. Lakin həmyerlimiz finala gedən yolda Çin Taypeyini təmsil edən Çanq Çenq-Çun səddini keçə bilməyib. O, gərgin keçən döyüşdə qızıl xalla uduzaraq, bürünc medalla kifayətlənib. Qeyd edək ki, yarışa 102 ölkədən 846 taekvondçu qatılıb. Azərbaycan isə Kanadaya 14 idmançı ilə yollanıb. |
|
Xəbər 621 dəfə oxundu. |
|
|