“Globe Soccer Awards” mükafatı üç nominasiyada sahibini tapacaq
“Globe Soccer Awards” mükafatına layiq olan namizədlər yaxın müddətdə açıqlanacaq.

Avropa Klublar Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EPAA) birgə təsis etdiyi bu mükafat üç nominasiyada sahibini tapacaq.

2016-cı ilin ən yaxşı komandası və məşqçisi adına nominasiyasında hər birinə 5 namizəd iddialıdır.

İlin futbolçusu mükafatına portuqaliyalı Kriştianu Ronaldo, argentinalılar Lionel Messi və Qonzalo İquain, uelsli Qaret Beyl, fransalı Antuan Qrizmann, həmçinin ingiltərəli Ceymi Vardi iddia edir.

Qeyd edək ki, mükafatlandırma mərasimi dekabrın 27-28-də Dubayda keçiriləcək.

Xəbər 749 dəfə oxundu.