Gənc boksçular arasında dünya birinciliyinə start veriləcək
Bu gün Sankt-Peterburqda gənc boksçular arasında 70-dən çox ölkənin qatılacağı dünya birinciliyinə start veriləcək.

Yığmamız Rusiyada 11 çəki dərəcəsindən mübarizə aparacaq. Boksçularımızdan bugün ikisi: Ramazan Abdullayev (56 kq) Yordan Kamaço (İspaniya) ilə, Məhəmməd Abdullayev (+91 kq) Marek Korolkovla (Litva) üz-üzə gələcək.

Noyabrın 18-də “Sibur Arena”da daha 3 təmsilçimiz - Ruslan Rüstəmov (52 kq) Sebastian Arbuzu (Rumıniya), Bəxtiyar Qazabəyov (64) Bəhruz Rəhmanovu (Özbəkistan) və Elxan Əliyev (81 kq) Reyal Purini (Hindistan) sınağa çəkəcək.

Digər 3 idmançımızın mundialda debütü noyabrın 20-nə təsadüf edəcək. Onlardan Sərxan Əliyev (60 kq) Andru Solarte (Venesuela) ilə döyüşəcəyi halda, Pərviz Quliyev (69 kq) Bryan Polaso (Peru) - Xianq Qian (Çin), Rasim Çobanlı (75 kq) Yahor Skamorox (Belarus) - Sahruxbek Rüstəmov (Özbəkistan) cütünün qalibi ilə qarşılaşacaq.nNoyabrın 21-də isə Elbrus Əkbərov (91 kq) Kristian Pero (Kuba) - Nokolos Beqadze (Gürcüstan) duelinin güclüsü ilə mübarizə aparacaq.

Qeyd edək ki, 402 boksçunun qatıldığı yarış noyabrın 26-da başa çatacaq.

Xəbər 694 dəfə oxundu.