U-19 komandasından növbəti qələbə
"Neftçi” PFK-nın U-19 komandası növbəti oyununu keçirib. Komanda U-19 liqasının 9-cu turunda AZAL klubu ilə qarşılaşıb. "Binə Arena”da baş tutmuş görüşdə 19 yaşlılar qələbə qazanıblar – 1:0. Yeganə qola Oruc İsmayılov imza atıb.

Qeyd edək ki, "Neftçi” bu qələbədən sonra 23 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər 825 dəfə oxundu.