Millimizlə eyni qrupda olan Norveç yığmasının baş məşqçisi istefa verib
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində eyni qrupda millimizin rəqiblərindən olan Norveç yığmasının baş məşqçisi istefa verib.

Bu barədə Norveç Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

2013-cü ildən Skandinaviya təmsilçisinin baş məşqçisi olan Per-Matias Hoqmo son turda Çexiya ilə səfər matçında üzləşdikləri məğlubiyyətdən sonra postundan getmək qərarına gəlib.

Hoqmo bildirib ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Azərbaycan millisi ilə keçirdiyi ilk görüşdə meydanı məğlub tərk edən Norveç cari seçmə mərhələdə 4 oyundan sonra cəmi 3 xal toplayıb.

Xəbər 831 dəfə oxundu.