İnter paytaxt derbisinə 4 itki ilə çıxacaq
"İnter" Topaz Premyer Liqasının 12-ci turu çərçivəsində keçiriləcək AZAL-la oyuna hazırlığı davam etdirir. Paytaxt klubu qarşıdakı matça ciddi itkilərlə çıxacaq.

Belə ki, Nizami Hacıyev, Zurab Xizanişvili və Ağabala Ramazanov cəzalı duruma düşdüyünə görə, komandasına kömək edə bilməyəcək.

Zədəsini sağaltmaqla məşğul olan Rauf Əliyevin də meydana çıxması inandırıcı görünmür.

Xəbər 766 dəfə oxundu.