Rauf Əliyev komanda heyətinə kömək edə bilməyəcək
Topaz Premyer Liqasının XII turunda AZAL-ı qəbul edəcək “İnter”in daha bir futbolçusu hücumçu Rauf Əliyevin xidmətindən məhrum qalacağı müəyyənləşib.

Çempionatın X turunda “Sumqayıt”la qarşılaşmada zədələnməsi səbəbindən millidən kənarda qalan hücumçu hələ bir müddət komanda heyətinə kömək edə bilməyəcək. Hələlik yalnız fərdi hazırlıqla kifayətlənən forvard AZAL-la yanaşı, “Zirə” ilə qarşılaşmanı da buraxacaq.

Xəbər 724 dəfə oxundu.