Masallıda boks üzrə rayon birinciliyi keçirildi
Masallı Boks Mərkəzində rayon gənclər və idman idarəsinin, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə Milli Dirçəliş Gününə və Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümünə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə rayon birinciliyi keçirilib.

İdmançıların mükafatlandırılması mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən danışıb, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurları Prezident İlham Əliyevin bu sahənin inkişafına göstərdiyi qayğının nəticəsi kimi dəyərləndiriblər.

İki gün davam edən rayon birinciliyində 75 yeniyetmə və gənc 10 çəki dərəcəsində qələbə uğrunda mübarizə aparıb.

Xəbər 754 dəfə oxundu.