İntizam Komitəsinin qərarları
12 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Səbail” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

12 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Ağsu” – “Rəvan” matçının 77-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub (maddə 37.1).

13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun MOİK – “Turan Tovuz” matçının 73-cü dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Orxan Həsənov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunub (maddə 48).

Oyunun 3-cü dəqiqəsində “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub (maddə 52).

13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçının 82-ci dəqiqəsində “Mil-Muğan” klubunun 44 №-li futbolçusu Ramazan Həsənov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

Oyunun 40-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 80 manat cərimə olunub (maddə 62).

13 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Göyəzən” – “Bakılı” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).

14 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XI turunun “Şərurspor” – “Şahdağ” matçının 90+2-ci dəqiqəsində “Şahdağ” klubunun 9 №-li futbolçusu Ramin Mansurov və “Şərurspor” klubunun 13 №-li futbolçusu Musa Rəhimov bir-birilərini təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyunluq cəzalanıb, klublar 160 manat cərimə olunub (maddə 42.1).

09 noyabr 2016-cı il U-19 Liqasında “Qarabağ”–“Sumqayıt” matçının 75-ci dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Kənan Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

Oyunun 77-ci dəqiqəsində “Qarabağ” klubunun 9 №-li futbolçusu Ruslan Hacıyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

09 noyabr 2016-cı il U-19 Liqasında “Neftçi” İK İB – “Zirə” matçının 81-ci dəqiqəsində “Zirə” klubunun 2 №-li futbolçusu Ruslan Mənəfov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).

09 noyabr 2016-cı il U-19 Liqasında “Vətən” RİOEUG – “Şərurspor” matçının 85-ci dəqiqəsində “Vətən” RİOEUG klubunun 85 №-li futbolçusu Asif Ələsgərovun rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb (maddə 42.1).

Oyunun 70-ci dəqiqəsində “Vətən” RİOEUG klubunun 21 №-li futbolçusu Məhərrəm Həsənova kobud oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunmuşdur. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Oyunun 70-ci dəqiqəsində “Vətən” RİOEUG klubunun 21 №-li futbolçusu Məhərrəm Həsənova göstərilmiş qırmızı vərəqə ləğv edilir.

Hakimlər Komitəsi oyunun hakimi haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırsın.

09 noyabr 2016-cı il U-19 Liqasının “Turan” İB (Tovuz) – AZAL (Bakı) matçında AZAL klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Zirə” PFK (Bakı) – “Kəpəz” PFK (Gəncə) matçının 79-cu dəqiqəsində “Zirə” PFK klubunun 55 №-li futbolçusu Pərviz Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

07 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “İnter” PİK – “Qarabağ” FK matçının 83-cü dəqiqəsində “İnter” klubunun 5 №-li futbolçusu Bayram Paşazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

12 noyabr 2016-cı il U-14 Liqasında “Kəpəz” PFK – “Azəri” TİM matçının 49-cu dəqiqəsində “Kəpəz” klubunun 6 №-li futbolçusu Zaur Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

12 noyabr 2016-cı il U-14 Liqasında “Arzu” UGİM-1 (Gəncə) – “Qoşqar” UGİM 2 (Gəncə) matçının 46-cı dəqiqəsində “Arzu” UGİM-1 klubunun 3 №-li futbolçusu Ramil Süleymanov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

12 noyabr 2016-cı il Coca-Cola U-13 Liqasında “Kürdəmir” Gİİ – “Ağsu” FK matçının 23-cü dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Qismət İbrahimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

05 noyabr 2016-cı il Coca-Cola U-13 Liqasında UGİM Gənlər Birliyi – "Kəlbəcər" (Gəncə) matçında "Kəlbəcər" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

13 noyabr 2016-cı il U-12 Liqasının AZAL – “Qarabağ” matçı başa çatdıqdan sonra AZAL klubunun rəsmi şəxsi Sərraf Əhmədov AZAL klubunun 6 №-li futbolçusu Nihad Əhmədova qarşı fiziki təsir göstərdiyinə görə 6 ay yarışlardan kənarlaşdırılıb (maddə 38.7), (maddə 38.8).

12 noyabr 2016-cı il U-12 Liqasında “Təhsil” RİM (Sumqayıt) – UGİM-14 Binəqədi matçının 26-cı dəqiqəsində UGİM-14 klubunun 8 №-li futbolçusu Yusif Baxışlı aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.3).

12 noyabr 2016-cı il U-12 Liqasında "Gülül" (Ağstafa) – UGİM (Qazax) matçında "Gülül" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib (maddə 56).

12 noyabr 2016-cı il futzal üzrə Azərbaycan çempionatının “Ceyhunspor” – “Xəmsə” matçının 25-ci dəqiqəsində “Ceyhunspor” klubunun 7 №-li futbolçusu Rəvan Abdullayev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 25-ci dəqiqəsində “Ceyhunspor” klubunun 10 №-li futbolçusu Seymur Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).

11 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin “Marafon Futsal” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Qarabağ” klubunun məşqçisi Kamran Sadıxov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 62).

13 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II - dəstəsinin “Sovetski” – “Ulduz” matçının 35-ci dəqiqəsində “Sovetski” klubunun 7 №-li futbolçusu Nicat Əliyev ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

13 noyabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II - dəstəsinin “Təbriz” – FKİT matçının 50-ci dəqiqəsində “Təbriz” klubu meydançanı özbaşına tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verili (maddə 53).

Xəbər 869 dəfə oxundu.