London klubu veteran futbolçuya təklif göndərib
“Nyu-York Siti”nin yarımmüdafiəçisi Frenk Lempardın “Çelsi”yə qayıdacağı gözlənilir.

Belə ki, “zadəganlar” ulduz futbolçuya karyerasını bitirməyi təklif edib. “Nyu-York Siti”dən ayrılmağa hazırlaşan Lempard “Çelsi”də ya məşqçi, ya da səfir kimi fəaliyyət göstərə bilər. Həmçinin onun “Sky Sports” kanalında şərhçi kimi çalışması da istisna edilmir.

Qeyd edək ki, Frenk Lempard “Çelsi”nin formasını geyindiyi müddətdə, bu komandanın heyətində keçirdiyi oyunlarda 211 qola imza atıb.

Xəbər 807 dəfə oxundu.