Ronaldo “Nike” firması ilə ömürlük saziş imzalayıb
Portuqaliya millisinin və Madridin “Real” klubunun futbolçusu Kriştianu Ronaldo yeni müqavilə imzalayıb.

Ronaldo “Nike” firması ilə ömürlük saziş imzalayıb. Müqavilənin şərtlərinə görə, futbolçu “Nike”in geyimlərindən istifadə edəcək və bundan ildə 24 milyon dollar gəlir əldə edəcək. Ronaldo 73 yaşınadək “Nike”in geyimlərindən istifadə edəcəyi təqdirdə bir milyard dollar qazanacaq.

O, adıçəkilən brendlə ömürlük müqavilə imzalayan üçüncü idmançı olub. Ona qədər məşhur basketbolçular Lebron Ceyms və Maykl Cordan da analoji sövdələşmədən yararlanıblar.


Xəbər 957 dəfə oxundu.