Əsas məqsəd qazanılan nailiyyətlərin davamlı olmasıdır
Gənclər və İdman Nazirliyində son 9 ay ərzində idman nailiyyətlərimizlə bağlı mətbuat konfransı keçirildi.

Konfransda Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurov ölkəmizdə ötən aylar ərzində idman sahəsində böyük inkişafın olduğu, çoxlu nailiyyətlərin əldə edildiyi barədə məlumat verdi. O, idmançılarımızın bu müddətdə, ümumilikdə, 512 medal - 121 qızıl, 146 gümüş, 245 bürünc - qazandıqlarını bildirdi. Şöbə müdiri medallardan 18-nin Rio-de- Janeyro Yay Olimpiya, 11-nin isə Paralimpiya Oyunlarında əldə olunduğunu vurğuladı. Nazirliyin rəsmisi bu dövrdə ölkəmizdə 106 respublika əhəmiyyətli yarış və 29 beynəlxalq turnirin təşkil olunduğunu da əlavə etdi.

F.Mansurov il ərzində “Formula -1” üzrə Avropa Qran- prisi, Ümumdünya Şahmat Olimpiadası kimi mötəbər yarışların yüksək səviyyədə keçirildiyini, 4 nəfərin "Şöhrət" ordeni, 17 nəfərin "Tərəqqi" medalı ilə təltif olunduğunu xatırlatdı.
Bugünki gündə idmana göstərilən qayğının yüksək olduğunu vurğulayan idman şöbəsinin müdiri gələcəkdə bu sahənin daha da inkişaf etməsi üçün uşaq idmanına diqqətin daha da artırılmasının vacib olduğunu qeyd etdi. Əsas məqsədin uşaq-gənclər idman məktəblərinin fəaliyyətlərini gücləndirməkdən ibarət olduğunu qeyd edən nazirlik rəsmisi bildirdi ki, bəzi neqativ hallar uşaqların idmanın sirlərinə yiyələnməsinə əngəllər yaradır. Bunların qarşısının alınması üçün müəyyən işlər həyata keçirilir. O dedi ki, əgər əvvəllər yalnız öz idmançı karyerası üçün çalışırdısa, indi daha böyük vəzifənin öhdəsindən gəlməlidir. Ölkə idmanının inkişafına öz töhfələrini vermək üçün var-qüvvəsi ilə çalışacaq.

F.Mansurov güləş yığmalarının baş məşqçi postunda yerli mütəxəssislərə etimad göstərilməsinə sevindiyini də əlavə etdi. Onun fikrincə, idmançılarımızın mentalitet və psixologiyasını yalnız yerli mütəxəssislər bilər. Hazırda rəqabətdə legionerlərə ehtiyac var. Onlar idmançılarımızın yetişməsində də müsbət rol oynayırlar. Eyni zamanda isə, onların təcrübələrinə əsaslanaraq özümüzünküləri yetişdirməliyik. İdmançılar rəqabət zamanı yetişir. Əcnəbi baş məşqçi üçün idmançının yerli və ya legioner olmasının fərqi yoxdur. Sonda qeyd edim ki, bizim əsas məqsədimiz qazanılan nailiyyətlərimizin davamlı olmasıdır. Bu işin məsuliyyəti qat-qat artıqdır”.


Xəbər 1806 dəfə oxundu.