ABU həndbol klubu “Çelenc Cup” turnirinə qələbə ilə başladı
Noyabrın 12-də qadın həndbolçular arasında “Çelenc Cup” turnirinin 3-cü təsnifat mərhələsinə start verilib.

Belçikanın “Femina Vize” kollektivini “ABU Arena”da qəbul edən Bakı təmsilçisi ABU rəqibindən üstün olub. İlk hissəni 14:10 hesabı ilə öz xeyrinə bitirən qadın həndbolçularımız ikinci hissədə də üstünlüyü davam etdirərək yekunda 26:16 hesabı ilə qalib gəliblər.

Makedoniyalı hakimlərin idarə etdiyi oyunda nominal ev sahibi qismində qonaqlar çıxış ediblər.

Cavab oyunu isə noyabrın 13-də əvvəlcədən razılaşdırıldığı kimi “ABU Arena”da təşkil olunacaq.

Xəbər 682 dəfə oxundu.