AZAL yıgma ilə qarşılaşacaq
Milli komandanın oyunu ilə əlaqədar çempionatda yaranan fasilədə AZAL iki yoxlama oyununda qüvvəsini sınayacaq. Baş məşqçi Tərlan Əhmədovun tərtib etdiyi hazırlıq planına əsasən komanda noyabrın 13-də Həvəskarlar Liqasında mübarizə aparan “Liman”ı sınaga çəkəcək.

Bu görüş “AZAL Arena”da baş tutacaq.

Növbəti oyunda isə rəqib gənclərdən ibarət yıgma olacaq. Yaşar Vahabzadənin rəhbərlik etdiyi U-21-lə görüş noyabrın 15-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında keçiriləcək.

Xəbər 751 dəfə oxundu.