Lənkəranda layt-kontakt döyüş növləri üzrə respublika turniri keçirilir
Lənkəranda Azərbaycanın Milli Qəhrəmanı Əsgər Əliyevin xatirəsinə həsr olunmuş layt-kontakt döyüş növləri üzrə respublika turniri keçirilir.

Yarışda 20-yə yaxın şəhər və rayondan 250 idmançı dörd yaş qrupu üzrə mübarizə aparır.

Əvvəlcə idmançılar Milli Qəhrəmanın abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Mərasimdə çıxış edənlər Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsinin heç vaxt unudulmayacağını bildiriblər.

Dünya kuboku yarışlarına hazırlıq məqsədi daşıyan turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.

Xəbər 893 dəfə oxundu.