Zərdabda karate üzrə rayon birinciliyi keçirilib
Noyabrın 7-də Zərdab rayonunda Qəsəbə Mədəniyyət Evinin zalında 9 Noyabr- Dövlət Bayrağı günü münasibətilə uşaqlar və gənclər arasında rayon birinciliyi keçirilib.

Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək və rayonda idman karate növünü inkişaf etdirmək məqsədilə təşkil olunan tədbirdə 30-a qədər idmançı qüvvəsini sınayıb.

Sonda oğlanlar arasında Məhəmməd Əhmədov (22 kq), Vüsal Musayev (33 kq), Əsgər Zərbəliyev (40 kq), Fərid Salmanov (50 kq), Sabit Muradov (55 kq), qızlar arasında Nazxanım İsrafilova (30 kq), Səmərrux Osmanova ( 42 kq) birinci yerə layiq görülüblər.

Xəbər 801 dəfə oxundu.