Azərbaycan - Almaniya matçının yeri dəyişdirildi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Almaniya yığmaları arasında keçiriləcək oyunun məkanı dəyişdirilib. Bu görüş öncədən nəzərdə tutulduğu kimi Bakı Olimpiya Stadionunda yox, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq:

Bunu Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov söyləyib. Onun sözlərinə görə, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə qarşılaşmanın ölkənin ən böyük arenasında yox, mərkəzi stadionda keçirilməsinə qərar verilib.

Qeyd edək ki, Azərbaycan - Almaniya matçı gələn il martın 26-da keçiriləcək.

Xəbər 759 dəfə oxundu.