“Rabitə”nin oyunu “Topaz” proqramında
“Topaz” proqramında qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) - “Rabitə” (Azərbaycan) matçları ikili oyun kimi göstərilib. İdman.com.az saytının məlumatına görə, İstanbulda saat 21:30-da start götürəcək matçın kodu 602-dir.

“Topaz” ilk qarşılaşmada 3:0 hesabı ilə qələbə qazanan ev sahiblərinin qələbəsini 1,20 əmsalla qiymətləndirdiyi halda, Azərbaycan çempionunun məğlub olmayacağına 2,40 əmsal verib. Voleybol oyununa və ya digər oyunlara mərc etmək üçün “Topaz” satış məntəqələrin birinə yaxınlaşmağınız kifayətdir.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.
“Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.

Xəbər 959 dəfə oxundu.