İntizam Komitəsinin qərarları
05 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XI turunun “Kəpəz” – “Sumqayıt” matçının 62-ci dəqiqəsində “Kəpəz” klubunun 5 №-li futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub (maddə 48).

05 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

06 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XI turunun AZAL – “Qəbələ” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).

Oyunun 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klub 800 manat cərimə olunub (maddə 62).

İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edib:
Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqib oyunçuya qarşı kobud oyuna görə 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub (maddə 37.1).

06 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun AZAL – “Qəbələ” matçının 82-ci dəqiqəsində “Qəbələ” klubunun 29 №-li futbolçusu Hacılı Hacıağa ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub (maddə 48).

06 noyabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XI turunun “Neftçi” – “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).

04 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Energetik” – “Rəvan” matçının 59-ci dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Eltun Xudadatov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

Oyunun 85-ci dəqiqəsində “Rəvan” klubunun 11 №-li futbolçusu Elnur Abdulov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 320 manat cərimə olunub (maddə 42.3).

04 oktyabr 2016-cı il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun IX turunun “Səbail” – “Şahdağ” matçının 65-ci dəqiqəsində “Şahdağ” klubunun 22 №-li futbolçusu Habil Nurəhmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub (maddə 48).

“Zirə” PFK klubu Apellyasiya Arbitraj Tribunalına müraciət edərək, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun AZAL – “Zirə” matçında “Zirə” klubunun futbolçusu Əmrah Əliyevə göstərilmiş qırmızı vərəqəyə yenidən baxılmasını xahiş edib. Apellyasiya Arbitraj Tribunası bu məsələyə baxılması üçün İntizam Komitəsinə müraciət edib.
İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
İntizam Komitəsinin 11 №-li protokoluna əsasən XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin IX turunun AZAL – “Zirə” matçında “Zirə” klubunun futbolçusu Əmrah Əliyevə verilmiş 4 oyun cəza 2 oyun şərti cəza kimi tətbiq edilib və futbolçuya 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək (maddə 33).

02 noyabr 2016-cı il U-19 Liqasında “Kəpəz” (Gəncə) – “Turan” (Tovuz) matçının 44-cü dəqiqəsində “Kəpəz” klubunun 15 №-li futbolçusu Rəşad Nağıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb (maddə 42.3).

Oyunun 88-ci dəqiqəsində “Turan Tovuz” klubunun 4 №-li futbolçusu Məhərrəm Hacıyev rəqibi təhqir etdiyinə görə 3 oyun cəzalanıb (maddə 42.1).

31 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında “Kəpəz” PFK (Gəncə) – “İnter” PİK (Bakı) matçının 76-cı dəqiqəsində “Kəpəz” PFK klubunun 4 №-li futbolçusu Rəşad İsmayılov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

31 oktyabr 2016-cı il Bakcell U-17 Liqasında “Qarabağ” – “Neftçi” İK İB matçının 77-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Davud Mahmudov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

03 noyabr 2016-cı il U-16 Liqasında AZAL – “Neftçi” matçının 74-cü dəqiqəsində “Neftçi” klubunun 1 №-li futbolçusu Ramin Məmməd Bağır sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

Oyunun 77-ci dəqiqəsində AZAL klubunun 9 №-li futbolçusu İbad Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

03 noyabr 2016-cı il U-16 Liqasında “Neftçi” İK İB – “Vətən” Rioeug (Bakı) matçının 40+2-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 6 №-li futbolçusu Niyazi Qasımzadə ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

29 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında “Vətən” (Bakı) – “Kəpəz” (Gəncə) matçının 68-ci dəqiqəsində “Kəpəz” klubunun 7 №-li futbolçusu Zərrər Məmmədov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

30 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında “Şəmkir” (Şəmkir) – “Neftçi” İK.İB matçının 63-cü dəqiqəsində “Neftçi” İK.İB klubunun 1 №-li futbolçusu Murad Əhmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

30 oktyabr 2016-cı il Boulevard U-15 Liqasında “Zirə” FK (Bakı) – “Qarabağ” FK (Ağdam) matçının 70+2-ci dəqiqəsində “Zirə” klubunun 13 №-li futbolçusu Qoçəli Qədimov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

05 noyabr 2016-cı il U-14 Liqasında “Təhsil” (Şirvan) – UGUR Gİİ (Ucar) matçının 51-ci dəqiqəsində “Təhsil” klubunun 3 №-li futbolçusu İlham Paşayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

06 noyabr 2016-cı il U-14 Liqasında UGİM-1 (Sumqayıt) – UGİM (Xızı) matçının 52-ci dəqiqəsində UGİM-1 klubunun 22 №-li futbolçusu Elcan Sarıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

05 noyabr 2016-cı il U-14 Liqasında “Əlincə” FK (Bakı) – Qəbələ İK (Qəbələ) matçının 56-cı dəqiqəsində “Əlincə” klubunun 4 №-li futbolçusu Cəlal Hüseynov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 37.1).
Oyunun 58-ci dəqiqəsində “Əlincə” FK klubunun 1 №-li futbolçusu Rza Cəfərov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

29 oktyabr 2016-cı il Coca-Cola U-13 Liqasında UGİM (Ağdaş) – “Daşqın” (Zaqatala) matçının 44-cü dəqiqəsində “Daşqın” klubunun 2 №-li futbolçusu Xəyal Əmirov ikinci sarı vərəqə alaraq, meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).

06 noyabr 2016-cı il U-10 Liqasında “İnter” PİK – Vətən RİOEUGİM (Bakı) matçının 30-cu dəqiqəsində “Vətən” klubunun məşqçisi Samir Abdulrəhmanov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan uzaqlaşdırıldığı üçün 1 oyun cəzalanıb. (maddə 62).

06 noyabr 2016-cı il U-10 Liqasında “Leon” FK (Bakı) – “Təhsil” FM (Bakı) matçı başa çatdıqdan sonra “Təhsil ” FM klubunun məşqçisi Tural Kərimov oyunun baş hakiminə qarşı qeyri-etik ifadələr işlətdiyinə və fiziki təsir göstərdiyinə görə 1 il yarışlardan kənarlaşdırılıb (maddə 42.4), (maddə 38.7).

Xəbər 840 dəfə oxundu.