“İnter” komandası “Sumqayıt” klubu ilə yoxlama oyunu keçirəcək
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin qarşılaşmaları ilə əlaqədar milli komandaların oyunlarında yaranmış fasilədən istifadə edən “İnter” klubu yoxlama görüşü keçirəcək.

Bakı klubu “Sumqayıt” komandası ilə qüvvəsini sınayacaq.

Komandalar noyabrın 13-də “İnter Arena”da üz-üzə gələcəklər.

Xəbər 668 dəfə oxundu.