“Qəbələ”nin altı futbolçusu milliyə dəvət olunub
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışına start verib.

Bakıda hazırlıq keçən yığmanın düşərgəsində 27 futbolçu məşq edir.

Toplanışa qatılan heyətdə “Qəbələ” klubunun 6 futbolçusu yer alıb. U-21-in hazırlıqlarında qapıçılar Süleyman Süleymanovla Murad Popov, müdafiəçi Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Roman Hüseynov, Qismət Alıyev və Ehtiram Şahverdiyev iştirak edirlər.

Yığmanın təlim-məşq toplanışı noyabrın 16-dək davam edəcək.

Xəbər 611 dəfə oxundu.