“Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olunub
Ağdamın “Qarabağ” klubunun futbolçusu Albaniya yığmasına dəvət olunub.

2018-ci il dünya çempionatını seçmə mərhələsi çərçivəsində İsrailə qarşılaşacaq Albaniya millisinin baş məşqçisi Covanni De Byazi 27 futbolçuya dəvət göndərib. Onlardan biri də "Qarabağ"ın müdafiəçisi Ansi Aqollidir.

Ağdam klubunun üzvü noyabrın 12-də doğma meydanda keçiriləcək oyunda İsrailə qarşı forma geyinə bilər.

Xəbər 624 dəfə oxundu.