200-cü qələbə | |
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 200-cü qələbəsini qazanıb. Bu, Topaz Premyer Liqasının XI turunun “Zirə” ilə qarşılaşmasına təsadüf edib. 200-cü qələbə 44 yaşlı mütəxəssisin Ağdam təmsilçisinin baş məşqçisi postundakı 368-ci qarşılaşmada qeydə alınıb. Digər 168 görüşdən 99-u heç-heçə, 69-u məğlubiyyətlə nəticələnib. 200 qələbədən 151-ci Premyer Liqa çərçivəsində əldə olunub. X turun AZAL-la səfər matçındakı 1:0 hesablı qələbə ölkə çempionatlarında 150-ci olmuşdusa, bu dəfəki 151-ci qələbə ümumilikdə 200-cü kimi tarixə düşüb. Digər 49 qələbədən 22-si Azərbaycan kuboku, 27-si avrokuboklara təsadüf edib. “Qarabağ”ın Qurbanovun rəhbərliyi altında ilk qələbəsi mütəxəssisin bu postdakı debüt oyununda yaşanıb. 2008-ci il avqustun 9-da “Qarabağ” səfərdə “Bakılı”nı 2:1 hesabı ilə məğlub edib. |
|
Xəbər 735 dəfə oxundu. |
|
|